“Yalvarıram, Rusiya və Belarusa getməyin”
Xarici işlər naziri Radoslav Sikorski siyasi oyunların girovuna çevrilməmələri üçün Polşa vətəndaşlarını bir daha Belarus və Rusiyaya getməməyə çağırıb.
Sikorski sentyabrın əvvəlində Belarusda casusluqda ittiham olunaraq saxlanılan polşalı rahib Qjeqoj Havelin vəziyyəti ilə bağlı suala cavab verərkən bildirib ki, Belarus hakimiyyətinin hərəkətləri qəbuledilməzdir.
Bununla belə XİN rəhbəri vurğulayıb ki, Havel Belarusa Polşa Xarici İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, səfər edib.
"Belarus və Rusiya kimi ölkələr sadəcə insanları girov götürürlər. Biz isə dəyişmək üçün heç də həmişə "öz girovumuzu” tapmırıq... Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kim gedirsə, buna özü risk edir. Sonra Polşa dövlətini günahlandırmayın”, - Radoslav Sikorski vurğulayıb.
Nazir əlavə edib ki, Polşa saxlanılan vətəndaşın azad olunması yollarını axtarır:
"Əgər bu bizim əlimizdə olsaydı, Belarusda həbs olunan polşalılar çoxdan azadlıqda olardılar”.
/APA