Kazımov qardaşlarının dələduz oyunları - Masallı polisində isə başqa oyunlar gedir
Bu ilin iyun ayında "KİŞİ SÖZÜ və HÜMMƏTİN HİKMƏTİ" adlı məqalə yazmışdım. Məqalə həmkəndlim Kazımov Hümmət Rafiq oğlu tərəfindən aldadılaraq, dələduzluğa məruz qalmağımdan bəhs edirdi.
Məqalədə həmçinin Hikmət Kazımov qardaşı Hümmətin dələduzluq yolu ilə məndən mənimsədiyi pulu öz üzərinə götürərək qaytaracağına KİŞİ SÖZÜ verməsi və sonradan bu sözü “yeməsindən” danışılırdı. Qeyd edim ki, Kazımov qardaşlarının SÖZYEMƏ prosesi müstəntiq Elvin Muradovun iş otağında baş vermişdi.
Üzləşmə zamanı müstəntiq Hümmət Kazımova sual verdi:
– Cəfər sənə pulu sələmə olaraq vermişdi? Ona nə qədər verəcəyin var?
Hümmət göz altından qardaşı Hikmətə baxaraq cavab verdi:
– Hə, sələmə vermişdi. Mənim hazırda ona borcum yoxdur.
Dünənə qədər mənə borclu olduğunu deyən Hümmət artıq ağ yalan danışaraq məni şərləyirdi. Söyüş söyməkdən uzaq olduğum halda, söhbətin bu yerində özümü saxlaya bilmədim və dedim:
– Sənə sələmə pul verənin də, yalan deyənin də var-yoxunu…
Hümmət əsəblə:
– Bu nə söyüşdür söyürsən? – dedi.
Qardaşı Hikmət isə vəziyyətdən çıxarmaq üçün:
– Niyə narahat olursan? Qoy söysün, bizim ki, ona borcumuz yoxdur, – deyə əlavə etdi.
Müstəntiq söyüşlə bağlı mənə irad bildirərək üzləşməni dayandırdı və otaqdan getməyimi istədi. Otağı tərk edərkən maraqlı bir məqam diqqətimi çəkdi: dünənə qədər mənə borclarını boyunlarına alan, qəpiyinə qədər qaytaracaqlarına KİŞİ SÖZÜ verən qardaşlar sanki çiyinlərindən yük götürülübmüş kimi dərindən köks ötürüb, peysərlərini (boyunardı) qaşıyaraq qımışırdılar…
Masallı polisinin yarımçıq istintaqı və ədalətli məhkəmə
Hümmət Kazımovun dələduzluq əməlinə görə etdiyim şikayət əvvəlcə Masallı Rayon Polis Şöbəsinin müstəntiqi, polis kapitanı Elvin Muradovun icraatında olmuşdu. O, işi kifayət qədər araşdırmadan, heç bir sübuta əsaslanmadan mülkü məsələ kimi qiymətləndirərək hüquqlarımı qəsb etdi.
Onun çıxardığı qərardan məhkəməyə şikayət etdim. Masallı Rayon Məhkəməsinin hakimi Zeynal Zeynalov qərarı ləğv edərək materialı yenidən araşdırılması üçün polisə qaytardı. Növbəti dəfə iş müstəntiq, polis kapitanı Saday Mehrabovun icraatına verildi. İlk görüşdən onun da işi araşdırmaq niyyətində olmadığını anladım. Çünki Saday Mehrabov paqon yoldaşı Elvin Muradovla münasibətini pozmaq istəmirdi. Nəticədə o da yalnız bir nəfərdən şahid qismində izahat almaqla işi bitmiş hesab edib cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verdi.
Bundan sonra yenidən məhkəməyə müraciət etdim. Yenə hakim Zeynal Zeynalov işə baxdı, lakin bu dəfə şikayətimi təmin etmədi. Hiss olunurdu ki, Kazımovların “gözəgörünməz qüvvələri” artıq Masallı məhkəməsinə də yol tapıb.
Məhkəmə qərarından sonra apellyasiya şikayəti verdim. Şirvan Apellyasiya Məhkəməsində hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə isə ədalətli qərar qəbul edildi və iş yenidən Masallı Rayon Polis Şöbəsinə göndərildi.
Hazırda iş şöbənin müstəntiqi mayor Eşqin Əliyevin icraatındadır. Düzünü desəm, onun da təzyiq altında işi obyektiv araşdırmayacağından ehtiyat edirəm.
Masallı polisində iki müstəntiq tərəfindən “araşdırılan” iş, ikinci dəfədir ki, düzgün araşdırılmadığı üçün məhkəmə qərarı ilə geri qaytarılır. Bu müstəntiqlərin qeyri peşəkarlığından, işə laqeyd yanaşmasından və kimlərinsə bu işə ciddi müdaxiləsindən irəli gəlir.
Ötən yazıda müdaxilə edərək işin obyektiv araşdırılmasına mane olanların bir qismindən söz açmışdım. Növbəti yazılarımda onlar və daha yüksək çinli himayədarlarını ifşa edəcəm..
Hümmətin digər dələduzluğu və həbs qərarı
Hümmət Kazımovun oxşar ssenari ilə törətdiyi digər dələduzluq əməli üzrə Abşeron Rayon Polis Şöbəsində də cinayət işi açılıb. Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi, onun dələduzluğunu sübut edir.
Şahidlərin dediyinə görə, Abşeron məhkəməsində Hümmət dələduzluğu etiraf edib, zərəri ödəməməsini isə qardaşı Hikmətin basqısı ilə izah edib. Hətta həbsdə olmasının da səbəbkarı kimi Hikməti göstərib. Onların növbəti məhkəməsi oktyabr ayına qalıb.
Əslində Hümmətin səmimi etirafına mən inanıram. İşlərin gərginləşməsində, Hümmətin həbs olunmasında qardaşı Hikmətin böyük rolu olub. Dələduzluqla əldə edilən pulları qaytarmaq istəməyən Hikmətin qurduğu ssenari əsasında hazırda Hümmət həbsdə, Hikmət isə "qazanılan" pullarla TİR biznesini inkişaf etdirir..
Hikmət Kazımovun başı digər insanlara nisbətdə bioloji olaraq böyükdür. O elə bilir ki, baş yekədirsə ağılı da çoxdur. Belə olmasaydı məhkəmə çəkişməsində olduğum qardaşının adaşı Hümmət Cəfərova məndən yanlış məlumat ötürməzdi.
Yeri gəlmişkən o Hümmət barəsində və məhkəmə prosesindən də, elə Hikmət Kazımovun dövlət işində yol verdiyi saxtakarlıqlar, dələduzluq ssenariləri və əxlaqi problemləri barədə də ayrıca araşdırma yazım olacaq.
Atalar üçdən deyib
İşlə bağlı iki dəfə Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayevin, iki dəfə də Masallı Rayon Prokuroru Vəli Mustafayevin qəbulunda olmuşam. Hər ikisi işin obyektiv araşdırılacağına söz versələr də, verdikləri söz hələ də yerinə yetirilməyib.
Artıq iş üçüncü dəfə istintaqdadır və üçüncü müstəntiq tərəfindən araşdırılır.
Mən də üçüncü dəfə Baş prokuror və Daxili İşlər Nazirinə müraciət edərək işin obyektiv aparılmasını xahiş edirəm.
Necə deyərlər, “atalar üçdən deyib”. Ümid edirəm ki, bu dəfə ədalət öz yerini tapacaq.
Cəfər Cəfərov,
Fakt.info
“Kişi sözü” müstəntiq otağında yeyildi