Astarada "Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması" layihəsinin ilk seminarı keçirilmişdir.

Astarada "Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması" layihəsinin ilk seminarı keçirilmişdir.

Astarada "Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması" layihəsinin ilk seminarı keçirilmişdir. İyirmi nəfərin iştirakı ilə baş tutan seminarda iqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, dayanıqlı su təhlükəsizliyi probleminin aktuallığı və gənclərin üzərinə düşən öhdəliklər mövzularında gənclər maarifləndirilmişdir Seminar, təlimçi qismində Azərbaycan Universitetinin Təlim-Tədris mərkəzinin müdiri, beynəlxalq sertifikatlı təlimçi, doktorant Samir Salayev tərəfindən idarə olunmuşdur. Tədbirin sonunda gənclərə sertifikat və hədiyyələr verilmişdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı əsasında, "Tərəqqi" Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra olunur. Layihənin məqsədi təmiz su çağırışlarında, ekoloji tarazlığın və ictimai sağlamlığın qorunmasında gəncliyin iştirakının artırılmasıdır. Layihə çərçivəsində Astara, Cəlilabad, Lənkəran, Lerik və Masallı rayonlarında hər birində 20 nəfər gənc olmaqla ümumilikdə 100 nəfər gənc su təhlükəsizliyi, ictimai sağlamlığın qorunmasında ekoloji tarazlığın əhəmiyyəti sahəsində maarifləndiriləcəkdir.  












 "Tərəqqi" Gəncliyin İnkişafı İctimai Birliyi