"Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması" layihəsinin  növbəti  seminarı   Cəlilabadda  keçirilmişdir

"Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması" layihəsinin növbəti seminarı Cəlilabadda keçirilmişdir

03 oktyabr 2025-ci ildə   "Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması" layihəsi çərçivəsində Cəlilabad şəhərində növbəti seminar baş tutmuşdur.Seminarın təşkilində  Cəlilabad Rayon İcra Hakimiyyəti dəstək göstərmişdir. Tədbirdə 16-35  yaş arası gənclər olmaqla, 14 nəfəri qadın , 6 nəfəri kişi ümumilikdə  iyirmi nəfərin iştirak etmişdir.Seminarda iqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, dayanıqlı su təhlükəsizliyi probleminin aktuallığı və gənclərin üzərinə düşən öhdəliklər mövzularında gənclər maarifləndirilmişdir İştirak edən gənclər dayanıqlı su təhlükəsizliyinin həllində inzibati cərimələrin  artırlmasını, bu sahədə ictimai nəzarətin  gücləndirliməsini təklif etdilər. Seminar,  təlimçi qismində Azərbaycan Universitetinin Təlim-Tədris mərkəzinin müdiri, beynəlxalq sertifikatlı təlimçi, doktorant Samir Salayev tərəfindən idarə olunmuşdur. Tədbirin sonunda gənclərə sertifikat və hədiyyələr verilmişdir.




  
  “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi