"Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində l "Xankəndi Mənzərələri" adlı etüd-sərgi təşkil olundu.

"Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində l "Xankəndi Mənzərələri" adlı etüd-sərgi təşkil olundu.

YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində layihə rəhbəri Aygün Əzizovanın olduğu "Xankəndi Mənzərələri" adlı etüd-sərgi təşkil olundu.  
Sərgi Ulus oteldə baş tutdu.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova tədbir iştirakçılarını səmimi şəkildə salamlayaraq günün əhəmiyyətindən və sərginin mahiyyətindən danışdı. 
O, Xankəndidə olmağın hər bir azərbaycanlı üçün qürurverici olduğunu vurğuladı. 
2020-ci ilin məhz bu günü - 4 oktyabr tarixində müharibənin birinci həftəsində  Cəbrayıl şəhəri işğaldan azad edildi. Biz artıq 4 oktyabr tarixini Cəbrayıl Şəhəri Günü kimi qeyd edirik: 
“Bu günü bizlərə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq.”
Elnurə xanım sözü Ulus otelin əməkdaşı Gündüz Behbudova verdi.
Gündüz bəy qonaqları salamlayaraq bu Xankəndidə əsl sənət hadisəsi yaşandığını söylədi. Bu gözəl tədbirə ev sahibliyi etməkdən çox məmnum olduqlarını bildirdi.
Sərgidə fəxri qonaq olaraq Ağdam Rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov ailəsi ilə, Fəridə Rəsulova,  Nizami Rayon seçki dairəsinin əməkdaşı Gülbahar Bağırova iştirak edirdi. 
Etüd-sərgidə RM ART Studionun rəhbəri,  Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi  Rəsmiyyə Mahmudova tələbələri ilə,  rəssam  Aygün Qürbətova, 180 nömrəli Qaradağ tam orta məktəbin rəsm müəllimi Leyla Babalı, "LAHFİN" dizayn qrupun ortağı, rəssam   Ləman Həsənzadə,  "Nurun Yeməkləri" şirniyyat evinin rəhbəri, rəssam Nurtən Xəlilova, Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu rəssamı, F.A Art Studionun rəhbəri rəssam  Fatma Əliyeva, rəssam Firdovsi Hacıyev və başqaları iştirak edirdilər. 
İştirakçılar bu gün Xankəndidə olmaqdan qürur duyduqlarını və belə etüdlərin davamlı olmasını arzuladılar. 
Sərgidə 44 günlük müharibəyə həsr olunmuş 44 əsər sərgidə nümayiş olunurdu. Sonda  iştirakçılara sertifikatlar təqdim olunub, xatirə fotoları çəkildi. 
İştirakçılar eyni zamanda Xankəndinin görməli yerlərini  ziyarət etdilər. 
Tədbir Ulus Oteldə çay və  nahar süfrəsi  ilə yekunlaşdı. Eyni zamanda rəhbəri Rəsmiyyə  Mahmudovanın olduğu RM ART Studionun 3 yaşı münasibətilə tort kəsildi. Biz də başda Rəsmiyyə xanım olmaqla RM ART Studionun bütün kollektivinə uğurlar arzulayırıq.







Müxbir: Aygün Oqtay 
Operator: Camal