"Ərkivan" futbol komandası üçün ziyafət təşkil edildi
Masallı, 2025 – “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhidlərin əziz xatirəsinə həsr olunmuş Masallı Mini Futbol Turnirinin qalibi “Ərkivan” futbol komandası üçün təntənəli ziyafət keçirilib.
Tədbir komandanın sponsoru Ərkivan Xeyriyyə Cəmiyyəti və “Arkivan” Loqistika və Beynəlxalq Yükdaşıma Şirkətinin birgə təşkilatçılığı ilə “Grand” restoranında baş tutub.
Ziyafətdə komandanın oyunçuları, məşqçiləri, təşkilatçılar, sponsor qurumların nümayəndələri və idmansevərlər iştirak ediblər.
Tədbir öncəsi şəhidlərimizin və vəfat edən veteran futbolçular anılıb.
Çıxış edənlər “Ərkivan” futbol kollektivinin turnirdə göstərdiyi yüksək nəticəni və komanda birliyini yüksək qiymətləndiriblər.
Ərkivan Xeyriyyə Cəmiyyətinin nümayəndələri qeyd ediblər ki, bu cür tədbirlər gənclərin idmana marağını artırmaqla yanaşı, həm də vətənpərvərlik ruhunun, sağlam rəqabət və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Tədbir iştirakçıları komanda üzvlərini qazanılmış qələbə münasibətilə təbrik edib, gələcək yarışlarda da daha böyük uğurlar arzulayıblar.
Öz növbəsində “Ərkivan” komandasının oyunçuları və rəhbərliyi göstərilən diqqət və qayğıya görə Ərkivan Xeyriyyə Cəmiyyətinə və “Arkivan” Loqistika Şirkətinə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Ərkivan” komandası turnir ərzində bütün rəqiblərini məğlub edərək çempion titulunu qazanıb və Masallı idman ictimaiyyəti arasında böyük rəğbət qazanıb.