Masallıdan olan "Əməkdar həkim" dünyasını dəyişib
Tanınmış travmatoloq Cəbrayıl Əlinağıyev ötən gün vəfat edib.
Fakt.info xəbər verir ki, Tibb üzrə fəlsəfə doktoru Cəbrayıl Əlinağıyev uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
C.Əlinağıyev dövlət başçısı tərəfindən "Əməkdar həkim" fəxri adı və "Tərəqqi" medalı ilə təltif olunub.
O, doğulduğu Masallı rayonunun Yeni Zuvand kəndində torpağa tapşırılıb.
Allah rəhmət etsin.