Cəlilabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Cəlilabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Bu gün saat 03:00 radələrində Cəlilabadda yol-nəqliyyat hadisəsi başverib.

Fakt.info xəbər verir ki, xəsarət alan 5 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

2007-ci il təvəllüldü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 4 şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri kafi olaraq qiymətləndirilir.