Masallıda Qarabağ qazisi avtomobilini yandırdı - FOTO

Masallıda Qarabağ qazisi avtomobilini yandırdı - FOTO

Masallı rayonunda qeyri-adi hadisə baş verib. 

31 oktyabr 2025-ci il tarixdə, saat 18:20 radələrində Ərkivan qəsəbəsi ərazisində I Qarabağ müharibəsi iştirakçısı, 1972-ci il təvəllüdlü Rövşən Hüseynov özünə məxsus “Xəzər” markalı, 44-CE-790 dövlət nömrə nişanlı avtomobili yandırıb.Məlumata görə, Rövşən Hüseynov Qarabağ müharibəsi qazisidir və dövlət tərəfindən Ərkivan qəsəbəsində fərdi yaşayış evi ilə təmin olunub. O, həmçinin II qrup əlil kimi pensiya alır.Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.