“ChatGPT”yə bu barədə sual verməyin - Ekspert bizi gözləyən təhlükədən danışdı
Xəbər verdiyimiz kimi, "OpenAI” şirkəti "ChatGPT” çatbotuna iki mövzuda məsləhət verməyi qadağan edib. Şirkət lisenziyalı mütəxəssis iştirakı olmadan hüquqi və tibbi məsləhət verilməsini yasaqlayıb. Bundan başqa, çatbot artıq milli təhlükəsizlik, təhsil, mənzil və məşğulluq kimi mövzularla bağlı məlumat təqdim etməyəcək.
İT üzrə ekspert Fərid Kazımov AZXEBER.COM-a deyib ki, süni intellektin insan fəaliyyətinə çox böyük dəstəyi olsa da, müəyyən çatışmazlıqlar da mövcuddur:
"Süni intellektin müəyyən çatışmazlıqları var. Bu çatışmazlıqlar əsasən halüsinasiyalarla bağlıdır. Məsələn, hüquq sahəsində Qərbdə böyük bir qalmaqal yaşanmışdı. Belə ki, fiziki şəxs məhkəməyə hazırlaşırdı və vəkillər süni intellekt sistemindən istifadə etmişdilər.
Bilirsiniz ki, Qərbdə "presedent hüququ” mövcuddur. Azərbaycan isə ənənəvi olaraq Almaniya hüquq sistemini qəbul edib. Amma pretsedent hüququnda belə bir prinsip var ki, hər hansı bir məhkəmənin qərarı sonradan qanun kimi istifadə oluna bilər. Lakin həmin sistem onlara mövcud olmayan "keyslər” (məhkəmə işləri) təqdim etmişdi. Həmin o qalmaqalda vəkillər süni intellektin təqdim etdiyi bu uydurma işlərə (keyslərə) əsaslanmışdılar. Bir sözlə süni intellektdə halüsinasiyalar, yəni yanlış və uydurma məlumatlar ola bilir”.
Ekspert deyib ki, süni intellekt bəzən məlumatları səhv ötürür:
"Mən özüm də bir neçə dəfə beynəlxalq hüquqla bağlı məsələlərdə belə hallarla rastlaşmışam. Dəqiq bildiyim mövzuda sorğu verəndə, süni intellekt bəzən səhv məlumat təqdim edib. Mən səhvi göstərdikdə isə sistem "bəli, səhv etmişəm, sən düz deyirsən” kimi cavab verir. Bu baxımdan hüquq sahəsində verilən yanlış məlumatlar insanın həyatına birbaşa təsir göstərə bilər. Çünki hüquqi qərarlar bəzən şəxsin gələcəyini müəyyənləşdirir. Tibbi məsələlərdə isə məsələ daha da həssasdır, çünki bu, birbaşa insan səhhətinə aiddir. Buna görə də tibbi mövzularla bağlı verilən tövsiyələr etik və məsuliyyətli şəkildə olmalıdır.
Bəzi süni intellekt sistemləri istifadəçiyə "mütləq həkimə müraciət edin, bu məlumatlar yalnız informasiya xarakteri daşıyır” kimi xəbərdarlıq edirlər”.
F.Kazımov qeyd edib ki, bizdə hələlik süni intellekt əsaslı tibbi xidmət və ya hüquq agentləri tam formalaşmayıb:
"Hazırda biz ümumi çatbotlara müraciət edirik. Onlar müxtəlif məlumatları ümumi şəkildə birləşdirirlər. Amma bu sistemlər ixtisaslaşsa, yəni konkret sahələr üzrə təkmilləşsə, səhv məlumatların sayı əhəmiyyətli dərəcədə azalar. Məsələn, Azərbaycanda "e-qanun.ai” adlı platforma yaradılıb. Bu, süni intellekt əsaslı bir sistemdir və Azərbaycan qanunvericiliyi üzrə ixtisaslaşıb. Yəni orada yalnız milli qanunlarla bağlı məlumatlar toplanıb. Əgər süni intellekt əsaslı agent müəyyən bir sahə üzrə ixtisaslaşırsa, o, daha dəqiq və etibarlı məlumatlar verə bilər. Hazırda çatbotlar ümumi məlumat bazasına əsaslanır. Amma əgər tibbi ixtisaslaşmış sistemlər yaradılarsa belə çatbotlar real həkimlərlə müqayisədə təxminən iki dəfə daha düzgün diaqnozlar təklif edə bilər. Yəni süni intellektin potensialı çox böyükdür, amma onu ixtisaslaşdırmaq lazımdır.
Hazırda sanki biz adi bir həkim olmayan insandan sual soruşuruq. Gələcəkdə digər sahələrdə də bu cür ixtisaslaşmış sistemlərin yaranacağı gözlənilir. Bu, həm daha peşəkar yanaşma, həm də insanlara daha dəqiq və dərin məlumatlar əldə etmək imkanı verəcək”.
Şahanə Ziyad