Belarus Ermənistana nota verdi

Belarus Ermənistana nota verdi

Mayın 5-də Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarkisyan Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Nazirliyin mətbuat xidmətinin açıqlamasında deyilir.
Belarus XİN bildirib ki, "Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirilib və müvafiq nota təqdim edilib".