Zəfər Günündə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi şəhid ailəsinə ehtiram göstərdi

Zəfər Günündə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi şəhid ailəsinə ehtiram göstərdi

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev və Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbin rəhbərliyi şəhid ailəsini ziyarət ediblər.

Fakt.info xəbər verir ki, ziyarət zamanı I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Ələddin Ağayevin ailəsi ilə görüş keçirilib. Qeyd edək ki, şəhidin atası Bahəddin Ağayev sözügedən məktəbin sabiq müəllimi olmuşdur.

Görüş zamanı Rasim Nurullayev şahid atasına  AHİK, ETİHİ, LARTİ və Masallı rayonu üzrə təhsil sektoru rəhbərliklərinin salamını catdiraraq, şəhidimizin ailəsinə göstərilən hörmətin və ehtiramın hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb. O, şəhidin ailəsinə Həmkarlar İttifaqı adından dərin ehtiramını bildirərək, onların daim diqqət və qayğı ilə əhatə olunacağını qeyd edib.

Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla yad olunub, ailəsinə mənəvi dəstək ifadə olunub. Tədbir, vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət kəsb edib.