Şirniyyat sexində dəhşətli hadisə - Əlini itirdi

Şirniyyat sexində dəhşətli hadisə - Əlini itirdi

Abşeron rayonunda sexdə bədbəxt hadisə baş verib.

Fakt.info APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 14-də Masazır qəsəbəsində yerləşən şirniyyat sexində qeydə alınıb. Orada işləyən qəsəbə sakini 1980-ci il təvəllüdlü T.Allahverdiyevin əli aparatda qalıb. Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Araşdırmalar aparılır.