“Lukoil” bu tarixdə Azərbaycanı tərk edir - “Şahdəniz”dəki payını satır
Natiq Cəfərli: "Böyük ehtimalla, şirkət payını başqa bir yerli və ya xarici şirkətə satacaq.
Rusiyanın "Lukoil” şirkəti ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən "Şahdəniz” qaz layihəsindəki 19,99 faizlik payını 13 dekabra qədər satmağa hazırlaşır.
Fakt.info xəbər verir ki, məlumatı etibarlı mənbəyə istinadən "haqqin.az" yayıb. Bildirilir ki, sanksiyalar qüvvəyə mindikdən sonra şirkətin beynəlxalq bank əməliyyatları bloklanacaq və bu, "Lukoil”in layihə üzrə maliyyə öhdəliklərini yerinə yetirməsinə imkan verməyəcək.
Mənbənin məlumatına görə, dekabrın 13-dən sonra şirkət "cash call” adlanan ödənişləri həyata keçirə bilməyəcək. Həmin vəsait layihənin stabil fəaliyyəti üçün ayrılır və yalnız ABŞ dolları ilə ödənilir. Öhdəliklər yerinə yetirilmədiyi halda, "Lukoil” 2026-cı il fevralın 13-dən defolt riski ilə üzləşəcək.
Qeyd edək ki, "Şahdəniz” layihəsi şirkət üçün strateji əhəmiyyət daşıyır. 2022-ci ildə "Lukoil” "Petronas”a məxsus əlavə 9,9 faizlik payı 1,45 milyard dollara alaraq iştirak payını 19,99 faizə yüksəltmişdi. Yataqda illik hasilat artıq 28 milyard kubmetrə çatır və payın satışından bir neçə milyard dollar gəlir əldə olunacağı ehtimal olunur.
İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, informasiyanın rəsmi təsdiqini gözləmək lazımdır:
"İqtisadi baxımdan ciddi bir təsirin olacağı gözlənilmir. Azərbaycanda enerji bazarına və qiymətlərə təsirini düşünmürəm”, — deyə o qeyd edib.
Ekspert əlavə edib ki, "LUKOİL” aktivlərini sataraq bazardan çıxacaq:
"Böyük ehtimalla, şirkət payını başqa bir yerli və ya xarici şirkətə satacaq. Oxşar proses Qazaxıstanda da baş vermişdi — o zaman "LUKOİL” aktivlərini "Şevron”a satmışdı”.
Şahanə Ziyad