Masallıdan olan xanım güləşçı İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahibləndi

Masallıdan olan xanım güləşçı İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahibləndi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında (18-21 noyabr) Azərbaycan güləşçiləri uğurlu nəticələr göstərirlər.

Fakt.info xəbər verir ki, Masallı rayonundan olan qadın güləşçimiz Ruzanna Məmmədova (62 kq) İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahiblənib. 

O, fələstinli Ayla Mayaliyə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala, özbəkistanlı Nigina Sabirovadan (6:0) üstün olaraq finala yüksəlsə də həlledici mərhələdə nigeriyalı Ester Kolavoleyə (4:6) məğlub olub və fəxri kürsünün ikinci pilləsinə qalxıb.