Masallıda “Bir olaq, həmrəy olaq” adlı görüş keçirildi - VİDEO/FOTOLAR
Masallı rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Bir olaq, həmrəy olaq” adlı görüş keçirilib.
Fakt.info xəbər verir ki, tədbir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Görüşdə idarə və müəssisə rəhbərləri, müxtəlif qurumların nümayəndələri, həmçinin Masallı UGİM-in idmançıları və müəllim heyəti iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Masallı rayon Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov çıxış edərək 2025-ci il ərzində gənclər və idman sahəsində əldə olunan nailiyyətlərdən söz açıb, bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.
Sonra hesab xarakterli videoçarx təqdim olunub.
Tədbirin sonunda il ərzində fəallığı və uğurları ilə fərqlənən gənclər və idmançılar Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri və hədiyyələri ilə təltif olunublar.