Alim Qasımov və qızı “Şəbi Hicran”ı təqdim etdilər

Alim Qasımov və qızı “Şəbi Hicran”ı təqdim etdilər

Azərbaycan muğam sənətinin zirvəsində dayanan Xalq artisti Alim Qasımov və onun sənət davamçısı, Əməkdar artist Fərqanə Qasımova, "Leyli və Məcnun” klassik ədəbi əsəri əsasında hazırlanan "Şəbi Hicran” muğam kompozisiyasını təqdim ediblər.

Fakt.info xəbər verir ki, tamaşa Əməkdar incəsənət xadimi Hafiz Quliyev və Əməkdar artist Bəhruz Vaqifoğlu tərəfindən hazırlanıb.

Heydər Əliyev Sarayında baş tutan musiqili səhnə əsərində Alim Qasımov və Fərqanə Qasımova, aktyor Cavad Nur və aktrisa Jalə Novruzova ilə birgə Füzulinin ölməz əsəri "Leyli və Məcnun”u muğamın incəlikləri və poeziyanın vəhdəti ilə səhnələşdirilib.
 
Onları səhnədə Əməkdar artist Nərgiz Əliyevanın bədii rəhbərlik etdiyi "Qarabağ" orkestri müşayiət edib.

Gecənin sonunda əsas qəhrəmanlar səhnəyə çıxaraq bir sıra nəğmələr ifa ediblər.
Aysel