Azərə ithaf olunan mahnı 1 milyon oldu - VİDEO

Azərə ithaf olunan mahnı 1 milyon oldu - VİDEO

Dostları mərhum aktyor Azər Baxşəliyevin doğum günü münasibətilə onun xatirəsini yad etmək məqsədilə xüsusi və duyğusal layihəyə imza atmışdılar.

Fakt.info xəbər verir ki,onlar musiqisi Tərlan Məmmədhüseynova, sözləri isə Rafoya məxsus olan "Sınıq pəncərə” adlı mahnı hazırlayaraq ona duyğusal klip çəkmişdilər.

İfaçıları Elçin Cəfərov və Hiss olan mahnı 4 ay öncə youtube kanalına yerləşdirilib.
 
Mahnı 1 milyon izlənməyə çataraq böyük uğura imza atıb.

Xatırladaq ki, klipdə tanınmış simalar – İlkin Həsəni və xanımı, Tərlan Məmmədhüseynov və xanımı, Fərid Dadaşov və xanımı, Elçin Cəfərov, Hiss, Elşən Orucov, eləcə də Azər Baxşəliyevin həyat yoldaşı Nigar Baxşəliyeva rol almışdı.
Aysel