Müəllimləri narazı salan hədiyyələrlə bağlı AHİK-dən CAVAB
Xəbər verdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) müəllimlərə təqdim etdiyi Yeni İl hədiyyəsi geniş müzakirələrə və ciddi etirazlara səbəb olmuşdu.
Paylaşımlarda hədiyyənin məzmunu və dəyəri ilə bağlı narazılıqlar səsləndirilirdi.
AHİK-dən bildirilib ki, Yeni İl hədiyyələri ilə bağlı yayılan iddialar reallığı əks etdirmir:
"Son günlər mətbuatda və sosial şəbəkələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti ilə bağlı yayılan bəzi məlumat və şərhlərdə Yeni İl münasibətilə təqdim olunan bayram hədiyyələrinin mahiyyəti məqsədli şəkildə yanlış kontekstdə təqdim olunur. Yeni İl bayramı ərəfəsində həmkarlar ittifaqları tərəfindən üzvlərə və onların ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlara bayram hədiyyələrinin verilməsi uzun illərdir mövcud olan sosial xarakterli ənənədir və bu təşəbbüs cari ildə də davam etdirilir. Bu təşəbbüslərin fərqli və təhrif olunmuş formada təqdim edilməsi isə məsələnin mahiyyətinə kölgə salmağa yönəlib”.
Qurumdan bildirilib ki, bu cür fikirlər ictimai rəyin yanlış formalaşmasına səbəb olur:
"AHİK-in həyata keçirdiyi sosial təşəbbüslərin təhrifedici və qərəzli təqdimatı ictimai rəyin yanlış formalaşmasına səbəb olur. AHİK daim həyata keçirdiyi sosial proqramlar barədə ictimaiyyətə rəsmi kanallar vasitəsilə dolğun məlumat verir. İctimaiyyəti və media nümayəndələrini məsələlərə obyektiv yanaşmağa, sosial təşəbbüsləri təhrif olunmuş təqdimat predmetinə çevirməməyə çağırırıq”.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Yeni İl münasibətilə müəllimlərə göndərdiyi hədiyyələr etirazla qarşılanmışdı. Sosial şəbəkələrdə yayılan görüntülərdə hədiyyə paketinin tərkibi diqqət çəkib. Belə ki, paketin içindən "Ozmo”, çöplü şirə və digər bu kimi məhsullar çıxıb. Bu isə hədiyyələrin Yeni İl şənliklərində uşaqlar üçün nəzərdə tutulan paketlər olduğunu göstərir.
Fakt.info-nun əldə etdiyi məlumata görə, AHİK bu hədiyyə paketlərinin hazırlanmasını daxili satınalma yolu ilə həyata keçirir və artıq bir neçə ildir ki, eyni şirkətə sifariş verir. Bundan başqa, digər təşkilatlara da məhz həmin şirkətlərdən hədiyyə paketləri və bayram şənlikləri üçün biletlər almaları tövsiyə olunur.
Bu məsələ ilə bağlı redaksiyamız daha geniş və təfərrüatlı araşdırmanı yaxın günlərdə oxuculara təqdim edəcək.