Cəlilabadda 23 yaşlı qız dəm qazından boğularaq ölüb

Cəlilabadda 23 yaşlı qız dəm qazından boğularaq ölüb

Cəlilabad rayonunda gənc qız dəm qazından boğularaq ölüb.

Fakt.info "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evinin hamamında dəm qazından boğulub.

Mərhumun meyiti müayinə edilməsi üçün rayon morquna təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.