Naxçıvanın yeni Baş naziri kimdir? – DOSYE

Naxçıvanın yeni Baş naziri kimdir? – DOSYE

Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.

Fakt.info Cabbar Musayevin dosyesini təqdim edir:
C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.

O Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. C.Musayev eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur.
2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləmiş, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayının 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

4 noyabr 2024-cü il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.