Brilliant Dadaşova həyat yoldaşı ilə Gəncəyə köçəcək?

Brilliant Dadaşova həyat yoldaşı ilə Gəncəyə köçəcək?

Xəbər verdiyimiz kimi, xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyev mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Gəncə Dövlət Milli Dram Teatrının direktoru təyin olunub.
 
Fakt.info xəbər verir ki, Xalq artisti həyat yoldaşı ilə Gəncəyə köçüb-köçməyəcəyi ilə bağlı sualı cavablandırıb.
 
"İncə səhər" verilişinə müsahibə verən Dadaşova bu haqda qərar vermədiyini bildirib:
 
"Mən onunla Gəncəyə gedə bilərəm, amma burada övladımız var. Yoldaşıma da deyirəm ki, bizi atıb getdiyin üçün sevinirsən. İndi Gəncəyə çox gözəl sürətli qatar var, bir dəfə getmişəm çox böyük zövq almışam. 3 saata çatmaq mümkündür. Yoldaşımda onunla gedib-gələcək".
Aysel