Novruzun ilk müjdəçisi olan Su çərşənbəsi
Azərbaycan xalqının qədim bayram ənənələrindən biri olan Su Çərşənbəsi Novruz öncəsi qeyd olunan dörd çərşənbənin ilkidir. Bu əlamətdar gün xalq arasında "Əzəl çərşənbə” kimi də tanınır və suyun müqəddəsliyi, təmizlik və yenilənmə rəmzi kimi qəbul olunması ilə bağlıdır.
Su Çərşənbəsi hər il yazın gəlişini müjdələyən Novruz bayramı ərəfəsində qeyd olunur və inanca görə, təbiətdə ilk olaraq su oyanır.
Qədim inanclara əsasən, bu gün çaylar, bulaqlar və digər su mənbələri "oyanır”. İnsanlar səhər tezdən bulaq başına gedər, üzlərini yuyar, suyun üstündən atlanar və arzu tutardılar. Su ilə bağlı deyilən duaların və niyyətlərin qəbul olunacağına inanılır.
Fakt.info su çərşənbəsində icra olunan əsas adətləri bir araya gətirərək oxuculara təqdim edir:
Bulaq ziyarəti: İnsanlar axar su üstündən tullanaraq "ağırlığım-uğurluğum bu suda qalsın” deyirlər.
Ev təmizliyi: Su təmizlik rəmzi olduğundan evlərdə geniş təmizlik işləri aparılır.
Su falı: Gənc qızlar su qabına üzük və ya kiçik əşyalar ataraq fal açırlar.
Axar suya sikkə atmaq: Bolluq və ruzi arzusu ilə edilir.
Qeyd edək ki, su çərşənbəsindən sonra Od, Yel və Torpaq çərşənbələri gəlir. Bu ardıcıllıq qədim türk mifologiyasında təbiət ünsürlərinin oyanmasını simvolizə edir. Bu qədim ənənə bu gün də Azərbaycanın müxtəlif bölgələrində xüsusi coşqu ilə qeyd olunur və xalqın zəngin mədəni irsinin ayrılmaz hissəsi kimi yaşadılır.
Aysel Hacızadə