Elgiz Məmmədov Masallıda uşaq futbolçulara hədiyyələr verdi - VİDEO/FOTO

Elgiz Məmmədov Masallıda uşaq futbolçulara hədiyyələr verdi - VİDEO/FOTO

Beynəlxalq dərəcəli idman ustası, xeyriyyəçi Elgiz Məmmədov “Ərkivan Masallı” futbol klubunun uşaq futbolçuları ilə görüş keçirib.

Fakt.info xəbər verir ki, görüşdə Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov, Lənkəran-Astara Regional İdman İdarəsinin Masallı sektorunun müdiri Sabiq Cahangirov, veteran müəllim Mehman Məmmədov iştirak ediblər.

Səmimi atmosferdə keçən görüş zamanı Elgiz Məmmədov Ərkivan Mərkəzi Stadionunda keçən uşaqlıq illərini xatırlayıb, gənc futbolçularla öz xatirələrini bölüşərək onlara dəyərli tövsiyələr verib.
Futbol klubunun baş məşqçisi Ramil Həsənov təşkil olunan görüşə görə minnətdarlığını ifadə edib.

Sonda Elgiz Məmmədov uşaq futbolçulara idman dəstləri və toplar hədiyyə edib.