Cənubi Afrika kosmosda silahlanma yarışının qarşısını almaqda Rusiyanı dəstəkləyəcək
Cənubi Afrika Rusiyanın kosmosda silahlanma yarışının qarşısını almaq üçün hüquqi cəhətdən məcburi bir sənəd yaratmaq təşəbbüsünü dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Cənubi Afrika Milli Kosmik Agentliyinin (SANSA) baş icraçı direktoru Xumbulani Mudau ilk Rusiya Kosmik Forumunda bildirib.
“Bizim mövqeyimiz həmişə aydın olub: Cənubi Afrika kosmosun ortaq irs olduğuna və ümumi rifah üçün istifadə edilməli olduğuna inanır. Cənubi Afrikada kosmik proqramımız kosmosun dinc məqsədlərlə istifadəsi üçündür və buna görə də belə bir təşəbbüsü dəstəkləyəcəyik", - deyə Mudau vurğulayıb.
O qeyd edib ki, əgər təşəbbüs Rusiya tərəfindən irəli sürülərsə və BMT qurumlarına baxılması üçün təqdim olunarsa, Cənubi Afrika onu dəstəkləyəcək.
Xatırladaq ki, daha əvvəl "Roskosmos"un baş direktoru Dmitri Bakanov kosmosda beynəlxalq silahlanma yarışının qarşısını alan və hamı üçün dinc məkanı təmin edən hüquqi sənədin hazırlanmasına çağırmışdı.