Masallı taekvondoçuları Gürcüstanda 4 medal qazandı

Masallı taekvondoçuları Gürcüstanda 4 medal qazandı

Mayın 2-3-də Gürcüstanda taekvondo üzrə “Georgian Liga Open” turniri keçirilib.

Fakt.info xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Masallı Taekvondo Klubunun idmançıları uğurlu çıxış edərək ümumilikdə 1 qızıl və 3 bürünc medal qazanıblar.

Kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub. Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) isə çıxışlarını bürünc medalla başa vurublar.
Yeniyetmələr arasında keçirilən yarışda Zaur Rəsulzadə (45 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksələrək bürünc medal əldə edib.

Masallı təmsilçilərinin bu uğuru rayon idmanının inkişafının bariz göstəricisi kimi qiymətləndirilir.