Azərbaycanlı güləşçilər Sankt-Peterburqda uğur qazandılar
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yunan-Roma güləşi üzrə ölkənin ən nüfuzlu turnirlərindən biri keçirilib.
Fakt.info xəbər verir ki, 40 regiondan 350 idmançının qatıldığı yarışda Kalininqrad şəhərindən olan həmyerlimiz, yunan-Roma güləşi üzrə veteranlar arasında ikiqat dünya ikincisi, birqat dünya üçüncüsü, beynəlxalq dərəcəli idman ustası Elgiz Məmmədovun rəhbərliyi ilə 5 idmançı iştirak edib.
Komanda turnirdə uğurlu çıxış edərək 4 medal qazanıb:
Əli Məhərrəmov (35 kq) — I yer
Hüseyn Məmmədov (48 kq) — II yer
Hüseyn Nəsirov (38 kq) — III yer
Heybət Əsgərov (52 kq) — III yer
Yarışdan sonra Rusiya Federasiyasının Əməkdar məşqçisi, yunan-Roma güləşi üzrə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Güləş Federasiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Qasıməli Qasımov qaliblərlə görüşərək onlara müxtəlif hədiyyələr və pul mükafatları təqdim edib.
Azərbaycanlı güləşçilərimizi və onların məşqçi-müəllimini əldə etdikləri bu uğur münasibətilə təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq.