Venesuela Esekibo bölgəsini rəsmi xəritəyə daxil etdi

Venesuela Esekibo bölgəsini rəsmi xəritəyə daxil etdi

Venesuela hökuməti Qayana ilə uzun illərdir mübahisə mövzusu olan Esekibo bölgəsini yenilənmiş rəsmi xəritəsinə daxil edib.
 
Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, müvəqqəti prezident Delcy Rodríguez paylaşdığı xəritədə Esekibo ərazisini Venesuelanın tərkib hissəsi kimi göstərib.
Rodrigez bildirib ki, Venesuela Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində ölkənin "vahid ərazisini” müdafiə etməyə davam edəcək. O, həmçinin məhkəmənin bu məsələ üzrə yurisdiksiyasını tanımadıqlarını vurğulayıb. 
Prezident Nicolás Maduro isə daha əvvəl Esekibo bölgəsinin yeni dövlət xəritəsinə daxil edilməsi barədə göstəriş vermişdi.