“Fənərbağça”ya daha bir zərbə - Bu dəfə UEFA-dan
Türkiyənin "Fənərbağça" klubu UEFA tərəfindən ciddi maliyyə sanksiyası ilə üzləşib.
Fakt.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə tanınmış idman insayderi Yağız Sabuncuoğlu məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi dünyaca məşhur baş məşqçi Joze Mourinyonun məvacibi və Kerem Aktürkoğlu ilə əlaqədar qitə futbol qurumu ilə aparılan müzakirələrdən sonra büdcəyə daxil edilən vəsaitə görə xərcləmə limitini keçib.
Məlumata əsasən, Avropa futbolunun ali qurumu tərəfindən "sarı-lacivərdlər"ə təqribən 10 milyon avro miqdarında cərimə kəsiləcək.
Bildirilir ki, kluba qarşı tətbiq ediləcək bu maliyyə cəzası ilə bağlı qərar artıq tam qətiləşib.