Masallıda “Güclü Qızlar, Sağlam Gələcək” adlı tədbir keçirildi - FOTOLAR
Mayın 14-də Masallı şəhər “Dəfinə” texniki-riyaziyyat təmayüllü liseyində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Güclü Qızlar, Sağlam Gələcək” adlı maarifləndirici tədbir keçirildi.
Fakt.info xəbər verir ki, tədbirin əsas məqsədi qadınların və yeniyetmə qızların bədən tərbiyəsi və idmana marağının artırılması, onların sağlam həyat tərzinə təşviq olunması, eləcə də cəmiyyətdə qadının idmandakı rolunun təbliği olub.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri, “Dəfinə” texniki-riyaziyyat təmayüllü liseyin direktoru və taekvondo üzrə məşqçi-müəllim Sadiq Ağayev çıxış edərək qadınların idmana cəlb olunmasının vacibliyindən, fiziki aktivliyin sağlam cəmiyyətin formalaşmasındakı rolundan və qızların idmanda qazandıqları uğurların gənc nəslə nümunə olmasından bəhs ediblər.
Tədbir məktəbin idman zalında davam etdirilib. Taekvondo üzrə məşqçi-müəllim Sadiq Ağayev şagirdlərə taekvondo idman növü haqqında ətraflı məlumat verib, bu idman növünün uşaqların fiziki və mənəvi inkişafındakı əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra Masallı Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri-yeniyetmə qızlar arasında taekvondo üzrə Respublika birinciliyinin mükafatçıları Şahanə Baxşıyeva, Zəhra Hüseynova, Zeynəb Cəfərova, beynəlxalq turnirin qalibi Ayan Əliyeva və digər idmançılar nümunəvi çıxışlarla iştirakçılar qarşısında öz bacarıqlarını nümayiş etdiriblər. İdmançıların çıxışları tədbir iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.