Bakıda Qlobal Cənubun QHT Platformasının institusional strukturu və operativ mexanizmləri haqqında çərçivə sənədi qəbul edilib.
Bakıda Qlobal Cənubun QHT Platformasının institusional strukturu və operativ mexanizmləri haqqında çərçivə sənədi qəbul edilib.
QHT.az report.az- a istinadən bildirir ki, qərar Platformanın I Baş Assambleyası zamanı qəbul edilib.İclasda çərçivə sənədi üzərində işin uğurla başa çatdırıldığı qeyd olunub. Sənəd iştirakçı təşkilatlar tərəfindən bəyənilib və platformanın idarəetmə strukturunu, eləcə də fəaliyyətini müəyyən edən əsas normativ akt kimi rəsmi şəkildə qəbul edilib.
Sənəd həmçinin Baş katibin və onun müavininin seçilməsini, təyin olunmasını təsdiq edir. Onlar müəyyən edilmiş reqlamentə uyğun olaraq öz vəzifələrinin icrasına rəsmən başlayacaqlar.
Bundan əlavə, Baş Assambleya tərəfindən işçi qruplarına platformanın tam fəaliyyətə başlamasını təmin etmək üçün yaxın aylarda əməliyyat təkliflərini hazırlamaq və işə salmaq tapşırılıb.