Mərkəzi Bank BOKT-nin lisenziyasını ləğv etdi
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 25.1.1-ci maddəsinə müvafiq olaraq, “E-Kredit Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13.05.2026-cı il tarixli Qərarı ilə “E-Kredit Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 24.07.2024-cü il tarixli, BKT-48 nömrəli müvafiq lisenziyası təşkilatın könüllü müraciəti əsasında ləğv edilib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istindən xəbər veirir.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istindən xəbər veirir.
Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Xatırladaq ki, “Naxçıvanbank” ASC-nin bank lisenziyası 2024-cü ildə ləğv edildikdən sonra, təşkilat adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına çevrildiyini elan etmişdir.