Britaniyanın səhiyyə naziri istefa verib

Britaniyanın səhiyyə naziri istefa verib

Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq istefa verib.
Bu barədə "Sky news" telekanalı məlumat yayıb.
O, Britaniyanın Baş naziri Kir Starmerə məktub ünvanlayıb. Məktubda yazılıb ki, yerli seçkilərin nəticələri mövcud rəhbərliyin Leyboristlər Partiyasını növbəti parlament seçkilərinə apara bilməyəcəyini göstərib.
U.Stritinq həmçinin qeyd edib ki, səhiyyə sahəsindəki uğurlar onun öz postunda qalması üçün əsaslı səbəblər olsa da, yenə də istefa vermək qərarına gəlib.