Lənkəranda sürücü sükan arxasında öldü
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fakt.info xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb. Belə ki, 57 yaşlı Lənkəran şəhər sakini Vüqar Bağırov idarə etdiyi avtomobildə hərəkətdə olarkən sükan arxasında qəfil ürəktutmadan həyatını itirib. Nəticədə nəzarətdən çıxan avtomobil yol kənarında yerləşən obyektə çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Meyit hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.