"Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində Lənkəranda etüd - ekskursiya hətata keçirildi
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereya və RM ART Studionun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu "Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində Lənkəranda 35 müxtəlif yaş qruplarında olan rəssamlarla etüd - ekskursiya hətata keçirildi.
Rəssamlar Lənkəran şəhərinin gözəl mənzərələrini kətan üzərinə köçürüb, şəhərdə ekskursiya etdilər. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova etüdlərin həm rəssamların inkişafında, həm də bölgələrimizin gənclərə tanıdılmasında, vətənpərvər gənclərin yetişməsində əhəmiyyətindən bəhs etdi.
Sonra sözü RM ART Studionun rəhbəri Rəsmiyyə Mahmudovaya verdi.
Rəsmiyyə xanım RM Art Studio kollektivinin etüdlərə xüsusi önəm verdiyini bildirdi. Bugünkü Lənkəran etüdləri də onların həyatında unudulmaz bir iz buraxacaq.
Tədbirdə eyni zamanda Lənkəran şəhərindən olan Lənkəran İncəsənət Məktəbinin müəllimi Günay Talışinskaya, dəyərli ziyalımız Elazə Ağayeva,
Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova , rəssam, pedaqoq Zeynəb Allahverdili fəxri qonaq olaraq iştirak edirdilər.
Qonaqlar Boranı Restoranında möhtəşəm Lənkəran ləzzətlərinin dadına baxıb, müxtəlif növ şirniyyatlarla samovar çayı içdilər. Sonda iştirakçılara sertfikatlar təqdim olunub xatirə fotoları çəkildi.

Müxbir: Aygün Oqtay
Fotoqraf: Camal