Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Binəqədidə yol çöküb.
Fakt.info Baku.ws-ə istinadən xəbər verir ki, yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.
Bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Şikayətçi bildirib ki, lükün ətrafında asfalt örtüyü çöküb. Lakin ərazidə xəbərdaredici nişan quraşdırılmayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlamışıq.

Ərazidən görüntüləri təqdim edirik: