Elvin Cəfərquliyev "Partizan"a transfer olunur? – Klubdan açıqlama

Elvin Cəfərquliyev "Partizan"a transfer olunur? – Klubdan açıqlama

Sosial şəbəkələrdə "Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin Serbiyanın "Partizan” klubuna transfer olunacağı ilə bağlı iddialar yayılıb. Məlumatlar əsasən serb klubunun azarkeş səhifələrində paylaşılıb.  

Məsələ ilə bağlı "Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, transferlərlə bağlı bütün rəsmi məlumatlar klub tərəfindən ictimaiyyətə vaxtında təqdim olunur:

"Transfer məsələləri ilə bağlı gedən və ya gələn futbolçular barədə məlumatlar rəsmi şəkildə ictimaiyyətə açıqlanır. Əgər transfer məsələsində hər hansı yenilik olarsa, bu barədə də rəsmi məlumat veriləcək”.

Beləliklə, hazırda Elvin Cəfərquliyevin "Partizan”a transferi ilə bağlı klub tərəfindən rəsmi təsdiq verilməyib.