"Bavi" qasırğası nəticəsində 87 nəfər yaralandı
Tayvanı vuran "Bavi" tayfunu nəticəsində 87 nəfər yaralanıb.
Bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi bildirib.
Bildirilir ki, yaralananların böyük hissəsi artıq xəstəxanalardan evlərinə buraxılıb, hər hansı ölüm halı və ya ağır xəsarət qeydə alınmayıb.
Ölkə üzrə 14,2 min nəfər təxliyə olunub, onların çoxu Tayvanın şərqindəki Hualyan rayonunun sakinləridir. Bununla yanaşı, təxminən 27 min ev elektriksiz qalıb.
Qeyd edək ki, "Bavi" qasırğası Yaponiyada da 12 nəfərin xəsarət almasına səbəb olub.