"Təmiz şəhər bizdən başlayır" – Masallıda kommunal işçilərə dəyər verən tədbir
Masallıda "Təmiz şəhər bizdən başlayır — nümunə olmaq vəzifəmizdir" devizi altında ekoloji maarifləndirməyə və kommunal təsərrüfat sahəsində çalışan qadınların əməyinə həsr olunmuş tədbir keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun təşəbbüsü, "Arkivan Transport" MMC-nin təsisçisi və rəhbəri Abdulla Abdullayev, eləcə də "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın maliyyə dəstəyi ilə təşkil olunan tədbirin əsas məqsədi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində çalışan zəhmətkeş qadınların əməyinə dəyər vermək, cəmiyyətdə ekoloji təmizliyə və sağlam həyat tərzinə diqqəti artırmaq olub.
Tədbiri giriş sözü ilə Viləş uşaq bağçasının müdiri, xeyriyyəçi Şəfa Allahverdiyeva açaraq iştirakçıları salamlayıb, belə təşəbbüslərin cəmiyyət üçün əhəmiyyətindən bəhs edib.
Daha sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun abadlaşdırılması, təmizliyinin qorunması və ekoloji mühitin sağlam saxlanılmasında kommunal təsərrüfat sahəsində çalışan qadınların fədakar əməyini yüksək qiymətləndirərək onlara təşəkkürünü bildirib.
"Arkivan Transport" MMC-nin təsisçisi və rəhbəri Abdulla Abdullayev çıxışında hər bir vətəndaşı yaşadığı şəhərin və ətraf mühitin təmizliyinin qorunmasına həssas yanaşmağa çağırıb. "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova isə ekoloji mədəniyyətin formalaşmasında maarifləndirici layihələrin və xeyriyyə təşəbbüslərinin mühüm rol oynadığını vurğulayıb.
Tədbirin sonunda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində çalışan qadınlara xüsusi hədiyyələr təqdim edilib. Rəsmi hissənin ardından tədbir zəhmətkeş qadınların şərəfinə təşkil olunmuş ziyafət süfrəsi arxasında səmimi şəraitdə davam edib.
Qeyd edək ki, bu cür təşəbbüslər cəmiyyətin ekoloji məsuliyyətinin artırılması ilə yanaşı, şəhərin abadlığı və təmizliyi naminə əməyi ilə seçilən insanların fəaliyyətinə verilən dəyərin bariz nümunəsidir.