MÜTDA iddialara cavab verdi
11 avqust 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə imzalanmış təhsil haqqında dövlət sənədləri- attestatlar vətəndaşlar üçün elektron formada əlçatan olub.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.
Qeyd olunub ki, attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalandığı üçün hüquqi qüvvəyə malik rəsmi təhsil sənədləridir. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə, elektron sənəd isə kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir.
Vətəndaşlar attestatlarını mygov.az platformasında "Təhsil məlumatlarım" → "Elektron təhsil sənədlərim" bölməsindən təhsil sənədləri əldə edə, yükləyə, paylaşa və rəsmi sənəd kimi istifadə edə bilərlər.
Eyni zamanda, elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının "Sənəd yoxlama" bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.
Qeyd edək ki, attestatlarının elektron qaydada verilməsindən sonra xaricdə təhsil almaq istəyən abituriyentlər bu sənədin apostilləşdirilməsi ilə bağlı ciddi problemlə üzləşiblər. Bu səbəbdən MÜTDA məktəblərə xaricdə təhsil üçün müraciət edən şəxslərə məktəb rəhbərliyi tərəfindən kağız attestat verilməsini tapşırıb.