Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
Husilər Yəməndə hökumət qüvvələrinə növbəti dəfə hücum həyata keçirib.
"Al Arabiyya” telekanalının verdiyi məlumata görə, ölkənin Hadramut bölgəsində yerləşən əl-Abr qəsəbəsinə dron hücumu olub.
Nəticədə hökumətə bağlı qüvvələrdən iki nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, Yəmənin paytaxtı Səna şəhərinə nəzarət edən husilər hökumət qüvvələrini Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda ittiham edir.