Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Fakt.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, Masallı rayon sakini C.Ağayev idarə etdiyi VAZ-2101 markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində C.Ağayevin narkotik maddə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə C.Ağayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etmək təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının da həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu cür hüquqazidd əməllərə yol verən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - məlumatda deyilib.