Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi
Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.
Fakt.info xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslər tərəfindən aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.