“Səhliyalı”dan “Pendirli Manqalüstü” sosisi ilə bağlı açıqlama
Son günlər bəzi istehlakçılar arasında "Halal Nemət, Min Bərəkət” brendinə məxsus "Pendirli Manqalüstü” sosisi ilə bağlı yaranan narahatlığa şirkət tərəfindən aydınlıq gətirilib.
"Səhliyalı” şirkətindən bildirilib ki, məhsulun tərkibində istifadə olunan holland pendiri Almaniyanın yüksək keyfiyyətli istehsalçısı olan GAUDINA markasına məxsusdur.
Şirkətin açıqlamasında qeyd olunub ki, sosisin daxilindəki pendirin əriməsi və maye halına keçməsi normal texnoloji prosesdir. Temperatur yüksəldikcə pendir əriyir və istehsal prosesinin müəyyən mərhələsində maye vəziyyətə düşə bilər.
Bildirilib ki, məhsulun istehsalı zamanı əvvəlcə 45 dəqiqə quruma, daha sonra 30 dəqiqə hisəvermə prosesi həyata keçirilir. Ardınca məhsul 75°C temperaturda bir saat buxarda bişirilir. Sobanın temperaturu 80°C-yə çatdıqda isə məhsul çıxarılır.
Şirkətin məlumatına görə, "Pendirli Manqalüstü” sosisinin tərkibinə mal əti, toyuq filesi, təbii süd, holland pendiri, yumurta, kərə yağı, bitki yağı (günəbaxan və qarğıdalı), nişasta, xörək duzu, natrium nitrit, kompleks qida əlavələri (E-450, E-621, E-316) və qarışıq ədviyyat ekstraktı daxildir.
Məhsulun tərkibində holland pendirinin payının 12 faiz olduğu açıqlanıb.
"Səhliyalı” həmçinin bildirib ki, şirkət tərəfindən istehsal olunan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun olaraq, eləcə də müəssisənin ISO 17025 beynəlxalq standartına uyğun akkreditə olunmuş laboratoriyasında yoxlanılır. Şirkətin sözlərinə görə, məhsullar yalnız müvafiq yoxlamalardan keçdikdən sonra satışa çıxarılır.