Narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Niyaz Mirzəyev saxlanılıb.
Onun yaşadığı ünvandan xüsusi olaraq qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, N.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.