Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanıldı

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanılması ilə məşğul olan Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov saxlanılıblar.

Fakt.info xəbər verir ki, həmin şəxslərdən ümumi çəkisi 40 kiloqram olan 67 ədəd narkotik tərkibli kol və 3 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.