FHN sürücülərə müraciət etdi: Yanğınsöndürən maşınlara...
Fövqəladə Hallar Nazirliyi (FHN) avtomobil yollarında yaranan sıxlıqla bağlı sürücülərə müraciət edib.
Fakt.info xəbər verir ki, yay istirahət mövsümünün başa çatması və yeni tədris ilinin başlaması ilə şəhərdaxili avtomobil yollarında nəqliyyat sıxlığı müşahidə olunur.
FHN-dən bildirilib ki, yaranan sıxlıq fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və xilasetmə avtomobillərinin hərəkətinə və hadisə yerinə vaxtında çatmasına çətinlik yaradır.
Qeyd olunub ki, bəzi sürücülərin hadisə yerinə tələsən yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsi yanğın, qəza və digər fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılmasına mane olur. Bu hal həm də mümkün zərərin minimuma endirilməsi və təhlükədə olan insanların xilas edilməsi üçün xüsusi texnikaların hadisə yerinə vaxtında çatmasına ciddi çətinlik yaradır.
Nazirlik sürücülərə müraciət edərək avtomobil yollarında operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməyə çağırıb.
FHN xatırladıb ki, yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyırlar.
"Unutmayaq ki, heç kəs fövqəladə hadisədən sığortalanmayıb”, – deyə nazirlikdən bildirilib.