Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI

Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI

Formula-1 Azərbaycan Qran Prisi bu il 24-26 sentyabr tarixlərində keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Bakı yollarında ilkin məhdudiyyət artıq 19 sentyabrdan (Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində) tətbiq ediləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, tədbirin keçirildiyi əraziyə yaxın təhsil müəssisələrində dərslər onlayn formada təşkil olunacaq.

Həmin təhsil ocaqlarının adları hələlik açıqlanmayıb. Ancaq bundan əvvəlki illərdə Formula-1 yarışlarına görə aşağıdakı təhsil müəssisələri onlayn tədrisə keçmişdi:

- 132-134 nömrəli Təhsil Kompleksi

- 6 nömrəli məktəb-lisey

- 7 və 8 nömrəli məktəblər

- 160 nömrəli Klassik Gimnaziya

- Elitar Gimnaziya

- 189-190 nömrəli məktəb

- 2 və 147 nömrəli texniki-humanitar liseylər

- 27 nömrəli məktəb

- 1 nömrəli məktəb.