Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı Rusiyanın da iştirakı ilə silahlanmaya nəzarət üzrə üçtərəfli danışıqların keçirilməsinin tərəfdarı olduğunu bildirib.
Fakt.info xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunan məlumatda bildirilir.
"Prezident Amerika Birləşmiş Ştatları, Rusiya və Çin arasında silahlanmaya nəzarət üzrə üçtərəfli danışıqların keçirilməsini təklif edib”, – məlumatda deyilir.
Qeyd edək ki, Si Cinpin sentyabrın 24–25-də ABŞ-də dövlət səfərində olub.
Xatırladaq ki, Ağ Ev rəhbəri bundan əvvəl Ukrayna lideri Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırıb. Lakin Zelenski bu təklifi rədd edib. Mənbələrin verdiyi məlumata görə, ABŞ prezidentinin bu xahişi Ukrayna liderinin narazılığına səbəb olub.