“Sənət körpüsü – Nəsillərin görüşü” layihəsinin növbəti görüşü keçirilib
Xalq rəssamı Sirus Mirzəzadə ilə unudulmaz görüş keçirilimişdir.
14 noyabr tarixində Sumqayıt Şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Günel Aslanovanın tələbələri ilə illərdir davam edən “Sənət körpüsü – Nəsillərin görüşü” layihəsinin növbəti görüşü baş tutdu. Layihə rəhbəri Aygün Əzizovanın təşkilatçılığı ilə keçirilən görüşün bu dəfəki qonağı Azərbaycanın Xalq rəssamı Sirus Mirzəzadə oldu.
Görüşdə fəxri qonaq qismində iştirak edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxış edərək ustad sənətkarlarla görüşün və sənət mübadiləsinin yeniyetmə və gənc rəssamların inkişafında mühüm rol oynadığını vurğuladı. O qeyd etdi ki, gənclərin dəyərli sənətkarların texnikasını canlı izləməsi və onların məsləhətlərini dinləməsi onlar üçün əsl həyat dərsidir.
Elnurə İsgəndərova bildirdi ki, bu layihə gənclərin vətənpərvər vətəndaş kimi yetişməsində, Azərbaycançılıq ideologiyasına sədaqət ruhunda tərbiyə olunmasında gələcək nəsillər üçün örnək olacaq.
Bu missiyanı layiqincə tələbələrinə aşılayan Sumqayıt Şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi, rəssam Günel Aslanovadır. O, müəllimə olaraq vəzifə borcunu məsuliyyətlə yerinə yetirməklə yanaşı, tələbələrinin sosial həyatda fəal olması üçün onlara zaman ayırır, onları görüşlərə və sərgilərə aparır. Bu da onun sənətsevər və uğurlu müəllim olduğunun göstəricisidir.
Xalq rəssamı Sirus Mirzəzadə çıxışında belə gözəl layihələrin uşaq və gənclərin həyatında mühüm rol oynadığını bildirdi. Ustad sənətkar gənc rəssamlarla öz yaradıcılıq təcrübəsini bölüşdü, onların suallarını cavablandırdı və gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı.
Görüş səmimi və yaddaqalan atmosferdə keçdi. Sonda xatirə şəkilləri çəkildi.

Müxbir: Aygün Oqtay
Fotoqraf: Ayaz